haberL haberR

May ayında imzalanan əfvdə islamçıların adı da ola bilər - Novella Cəfərova

Kateqoriya: Münasibət Yayımlama tarixi: 26.04.2016 12:51:45

“May ayında yenidən əfvlə bağlı sərəncam verilə bilər və islamçılarında bu siyahıda yer alacağı gözlənilir”
Bunu İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfərova Maide.Az saytına açıqlamasında bildirib.
 Xanım Cəfərova əfv olacağını desə də, adları deməməyə üstünlük verdi:  "Böyük ehtimalla may ayında əfvlə bağlı sərəncam veriləcək. Bəli, islamçılarında bu siyahıda yer alacağı gözlənilir. Lakin kimin siyahıya daxil olmasını hələ deyə bilmərik. Sonda necə olacaq, nə vaxt olacaq, onu özünüz görəcəksiniz."
 Qeyd edək ki, sonuncu əfv sərəncamı Novruz bayramı ilə əlaqədar imzalanıb. Həmin sərəncam 137 məhbusa şamil olunub. Onların arasında bir sıra siyasi məhbuslarda var idi. 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.