MAZLUMDER rəsmisi: Süleymani Bəhreyndəki təhlükəni öncədən gördü

Beş ildən çoxdurki, Bəhreyn xalqı küçələrdə etirazlar edir. Bu günlərdə etirazlar yenidən kütləvi hal almışdır. Buna səbəb isə Bəhreynin Ali-Xəlifə krallıq rejiminin ölkənin böyük İslam alimi Ayətullah Şeyx İsa Qasimi vətəndaşlıqdan məhrum etmə istəməsidir. Artıq bütün şəhər və qəsəbələrdəki əhali etirazlara qoşulur və digər müsəlman ölkələrdən də, Bəhreyn rejiminə etirazlar edilməkdədir.
Türkiyənin MAZLUMDER insan haqları təşkilatının Ankara şöbəsinin idarə heyətinin üzvü Üzeyir Yigit üç il öncə Bəhreyndəki insan haqlarının monitorinqi üçün oraya səfər etmiş və olayları yerindəcə incələmişdir.
Bəhreyndəki məsələləri yerində incələmiş şəxs kimi İslamazeri.az ondan müsahibə alıb.
Bəhreyni ziyarət edərək oradakı insan haqlarının pozulmasını birbaşa gözlərinizlə görmüş və monitorinq aparmısınız. Yəni Bəhreyndəki durumla qiyabi deyil, əyani tanış olan şəxs kimi oradakı durumla bağlı nə deyə bilərsiniz?
- Bəhreyn, dünyanın ən uzun nəfəsli, sülh tərəfdarı olan bir xalq hərəkatına sahiblik edən ölkədir. 14 fevral 2011-də Ərəb dünyasında başlayan etirazlardan təsirlənən, küçə etirazlarında istədiyi hədəfə çatmayan, lakin yenə də küçə etirazlarından vaz keçməyən bir xalqdır Bəhreyn xalqı. Bəli, Bəhreyndə xalq narahat və beş ildir fasiləsiz meydanlardan bunu hayqırmaqdadır.
Bir neçə il öncə də belə etirazlara şahid olmuşdu Bəhreyn torpaqları, dəyişən nədir?
- Beş ildirki, davamlı olaraq xalq etiraz edir. İki il öncə, Şeyx İsa Qasimə qarşı hörmətsizlik edilmiş və evində axtarışlar aparmışdılar. Xalq ona dəstək üçün yenə bu gün edilən etirazlara bənzər çox saylı aksiyalara start verdilər. Bu günlə o günün fərqi isə, balansın pozulmasıdır.
Sizə görə, Ayətullah İsa Qasimin vətəndaşlıqdan uzaqlaşdırılması Ali Xəlifə rejiminin öz addımıdır, yoxsa digərlərinin istəyinə uyğun addım atır?
- Mənə görə, Ali Xəlifə rejiminin heç bir basqısı müstəqil deyil.
Bəhreyn rejiminin İsraillə əlaqəsi danılmaz faktdır. Sizcə İsrail əleyhdarı olan xalqa qarşı bu zülmlərin İsraillə əlaqəsi ola bilərmi?
- Bu siyasi bir mövzudur. Amma ərəb ölkələrinin, xüsusilə Körfəz İş Birliyi deyilən qurumun ki, Bəhreyn də bu qurumun üzvüdür, İsraildən ciddi bir siyasi və təhlükəsizlik sahəsində məsləhət almaları həqiqətdir. Bu durumda nəticəni siz dəyərləndirin, əlbəttə düşünən beyinlər üçün cavab olacaq.
Siz hazırda hbəsdə olan Bəhreynin “əl-Vifaq” təşkilatının sədri Şeyx Əli Salmanla da görüşmüşdünüz. Onunla Ayətullah İsa Qasim arasında soyuqluq və ya hansısa problemin olduğunu deyənlər də var...
- Xeyir bu yalnışdır. Şeyx Əli Salman siyasi lider, Ayətullah İsa Qasim isə dini liderdir. Hər ikisinin tərəfdarı eyni insanlardır. İraqdakı böyük mərcəi təqlid Ayətullah Sistani ilə "Sədr" hərəkatı lideri Seyid Müqətəda Sədr necədirsə, bu iki şəxs o cür dəyərləndirilə bilər. Bir neçə il öncə Ayətullah İsa Qasimin evində axtarışlar aparılan zaman, o da ruhaninin evi önündə olanlar arasında idi.
Bəhreyndəki bu etirazlar rejimin getməsinə səbəb ola bilərmi?
- Bəhreyndə bundan daha böyük etirazlar, mitinqlər oldu; yüz minlər yürüş etdi. Rejim üçün bu bir şeyi dəyişmir. Bəhreyn xalqının 5 ildir küçələrdə etiraz etməsi bir rekordsa, Bəhreynin Ali Xəlifə rejiminin bu etirazlara dirənməsi də bir rekord sayılır. Nəticənin dəyişməsinə inanmıram.
Qasim Seleymaninin açıqlaması oldu. Bunun haqqında nə deyə bilərsiniz?
- Qasim Süleymaninin sözlərində “bu tip davranışların və xalqa seçim haqqının verilməməsi, xalqı silahlı bir çarə tapmağa sürükləyə bilməsi” kimi ifadəsi var. Əlbəttə, sözlərində “əba altında sopa” var. Siyasi bir dilin basqı quraraq diplomatiyanın tükəndiyini ifadə etməsidir. Diplomatik bir həmlə olduğunu düşünürəm. Bəhreyn kralı nə edəcəyini gözləyək.
Bundan sonra nə gözləyirsiz?
İsa Qasim Bəhreyndə həqiqətən sivil etirazların memarıdır. Xalqın silahdan uzaq durmasını təmin edən şəxsdir. Amma Səud rejimi xalqın gücünü test etmək istəyər kimi, bu tip etirazlara öz istəklərini qata bilməsini bilirik. Şeyx Nimrin bu istəklərə qatılaraq xalqın nəbzi ölçüldüyü kimi, İsa Qasim məsələsində də xalqın nəbzi test oluna bilər. General Süleymani də, bu təhlükəni öncədən görüb üstü örtülü təhdid etdibu təh. Səudiyyənin Yəməndən sonra yeni cəbhə açacağına inanmıram. Lakin böyük qüvvələr bütün bölgədə xaos olmasını istəyirsə, yaxında Bəhreyndə də partlayışlar başlaya bilər. Bu işlərin səbəbkarı da, Süleymani göstərilə bilər.
Allah bölgəmizi müharibələrdən qorusun, müsəlmanlara ağıl və qardaşlıq nəsib etsin!
Üzeyir Yigit: Bu yanımdakı şəxs, Bəhreynin xalq hərəkatının liderlərindən olan Heysəm Əl Salmandır.
Almaniyadan dönən zaman rejim tərəfindən təyyarədəcə hücum edilmiş, təyyarənin qapıları açılar-açılmaz yuxarıdan aşağı itələmişdilər. Nəticədə Heysəmin ayağı və qabırğaları qırılmış və həbs olunmuşdu.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.