haberL haberR

Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib (Video)

Kateqoriya: Hadisə Yayımlama tarixi: 25.08.2015 18:27:42

İlkin ehtimallara görə, yanğın evdəki suqızdırıcıda baş verən qısaqapanmadan yaranıb


Hadisə Bərdə rayonu ərazisində   bina 4, mənzil 23-də - Vahid Əhmədova məxsus evdə qeydə alınıb. Yanğın başlayan zaman evdə heç kim olmayıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Bərdə Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi alovun qarşısını alıb. Binanın sakinləri təxliyyə olunublar. Həkimlər tərəfindən onlara tibbi yardım göstərilib. 
İlkin ehtimallara görə, yanğın evdəki suqızdırıcıda baş verən qısaqapanmadan yaranıb. Evin hamam hissəsinin qapısı və tavanı yanıb. Hadisənin başvermə səbəbləri araşdırılır, dəyən ziyanın həcmi dəqiqləşdirilir. (Region TV)

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.