haberL haberR

Məcburi köçkünlərlə bağlı yeni qərar

Kateqoriya: Sosial Yayımlama tarixi: 17.03.2016 15:17:27

İş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında" qərar qəbul edilib.

Nazirlər Kabineti "Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında" qərar qəbul edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Report-a verilən məlumata görə, qərara əsasən, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışıb, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olan və işlə təmin olunmayan məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsinin müddəti 2017-ci il yanvarın 1-dək uzadılır.

Qərarda aidiyyəti nazirliklərə, dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətinə müvafiq tədbirlərin görülməsinin daha da gücləndirilməsi barədə konkret tapşırıqlar verilib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.