haberL haberR

Məcburi köçkünlərlə əlaqədar qərara dəyişiklik edildi

Kateqoriya: Sosial Yayımlama tarixi: 02.10.2015 11:20:00

Dəyişikliyi Baş nazir reallaşdırıb

İslamazeri.az azxeber.az-a istinadən  xəbər verir ki, “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarında aşağadakı dəyişiklik edilib.

Dəyişikliyə görə, qərarın 4-1-ci hissəsində “dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatdıqda” sözləri “pensiya yaşına çatdıqda” sözləri ilə əvəz edilib.

 

Əhmədov Qafar / İslamazeri

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.