haberL haberR

Məhəmməd Əli heç vaxt rəsmi şəkildə adını dəyişməyib

Kateqoriya: Həyat Yayımlama tarixi: 12.07.2016 19:37:19

Bu haqda yeni detallar məlum olub

İslamazeri.az-ın “islam-today” saytına istinadən verdiyi xəbərə əsasən, USA Today nəşriyyatının jurnalistləri şəxsi araşdırma aparıblar.

Araşdırma nəticəsində məlum olub ki, Məhəmməd Əli (ilk adı Kassius Kley) əslində heç vaxt rəsmi şəkildə adını dəyişməyib. İdmançı İslamı 1964-cü ildə qəbul edib.

Elə o zaman da o özünə müsəlman adı götürüb. Lakin, araşdırmanın nəticəsinə əsasən, bu (ad dəyişmə) hüquq nöqteyi-nəzərindən heç vaxt baş verməyib.

Roksana Vilyamson adına sosial təminat administrasiyasının nüməyəndəsi qeyd edib ki, ABŞ-da 20-ci əsrin 60-cı illərində adın dəyişdirilməsi üçün heç bir rəsmi sənəd tələb edilmirdi. Sosial kitabçada olan ad isə ad çox vaxt onun öz dediyi sözlərdən yazılırdı. Hətta bəzən bu kitabçada ləqəblər də yazılırdı. Bu qnunlar yalnız 2005-ci ildə sərtləşdirildi.

Lakin məlum olub ki, Məhəmməd Əlini özü adını rəsmi şəkildə dəyişilməməsindən çox da narahatçılıq hissi keçirmirdi, belə ki, idmançının ailə üzvlərinin sözlərinə görə, ABŞ hakimiyyətindən gələn bütün məktublar Məhəmməd Əli adına göndərilirdi. Xatırladaq ki, əfsanəvi boksçu iyun ayının 3-ü 75 yaşında xəstəxanada dünyasını dəyişib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.