haberL haberR

Məhəmməd Əliyə Bakıda yas mərasimi keçirildi

Kateqoriya: Ölkə Yayımlama tarixi: 11.06.2016 13:53:50

Dünya şöhrətli boksçu Məhəmməd Əli vəfat etdiyi üçün həmyerlimiz olan hacı Soltan Buzovna kəndində onun üçün yas mərasimi təşkil edib.

İslamazeri.az ölkə.az-a istinadən bildirir ki, Buzovnalı hacı Soltan Məhəmməd Əli ilə dostluğunu bizə belə şərh etdi:

"Onun islamı sevməsi, pak olması, gözəl idmançı olmağı məni ona valeh etdi. Bir növ onun fanatı oldum. Çox araşdırdım, çox maraqlandım onun haqqında. Əlinin haqqında çox məlumat əldə etdiyim üçün dostlarım mənə fikir verdi ki, bəs kitab yazım onun haqqında. 1997-ci ildə ilk dəfə olaraq Məhəmməd Əli haqqında kitab yazmışam. Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev də kitaba rəy yazıb. O, sonralar mənə Məhəmməd Əli ilə görüşə getmək təklifi etsə də, bəzi işlərimlə əlaqədar gedə bilmədim. Əfsanəvi boksçu ilə görüşə gedə bilməsəm də, Məhəmməd Əli mənə öz imzası ilə, 300 rəsminin yer aldığı albomunu göndərib. Mən də o şəkillərdən seçib kitaba qoydum".

 


Kitabı ona da göndərdim

"Kitab çapdan çıxdıqdan sonra bir nüxsəsini ona da göndərdim dövlət xəttiylə. Daha sonra o kitab üçün mənə təşəkkürünü də bildirib. Onunla görüşə bilmədiyim üçün üzgünəm. Dünya gözüylə bir dəfə belə görə bilmədim. O dünyada, axirətdə görüşmək ümidilə. Kitabda həm də ingiliscə materiallar da yer alıb. Ən azı onun üçün bu kitabı yazaraq öz sevgimi nümayiş etdirdiyimə görə məmnunam. Kaş daha artığını edə biləydim".

 

 

 

Əlinin ölümünü eşidəndə ağladım

"Əlinin vəziyyətinin kritik olduğunu "Facebook" vasitəsilə öyrəndim. Donub qaldım, əvvəlcə inanmadım. Çünki bir neçə dəfə də onun öldüyü barədə yalan məlumatlar yayılmışdı. İnanmadım yenə. Sonra məlumat dəqiqləşəndə yenə şoka düşdüm. Çünki artıq ümidim üzülmüşdü. Dua etməyə başladım onun üçün. Artıq öldüyünü biləndən sonra isə ağladım, kövrəldim. Onu çox istəyirdim, doğmam kimi sanki. Onun üçün bu gün "Cümə" məscidində xütbə belə oxudum. Onun xatirəsini əziz tutmaq lazımdır".

 

 

Əziz dostum üçün ehsan süfrəsi və yas mərasimi təşkil etdim..

"Əli üçün bu müqəddəs ayda ehsan süfrəsi verməyi özümə borc bildim. Çünki o, vəfat edən kimi dost-tanış hamısı mənə zəng edərək başsağlığı verdi. Mən də belə qənaətə gəldim ki, məclis təşkil edim. Onun xatirəsinə hər kəsi ətrafıma toplayım. Və insanlara Məhəmməd Əlinin qüdrətindən bəhs edərək maarifləndirim".

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.