Məhəmməd Mursi: “Mən hələ də Misirin prezidentiyəm”

İslamazeri.az-ın "Daily News Egypt"-ə istinadən verdiyi xəbərə görə, Misirdə çevrilişlə vəzifəsindən uzaqlaşdırılan ölkənin ilk seçilmiş prezidenti Məhəmməd Mursi məhkəmə iclasında, "Mən hələ də bu ölkənin prezidentiyəm", -deyə bildirib. Məhkəmə mənbələrindən əldə edilən məlumata görə, Qahirənin cənubundakı Tora həbsxanasında Mursinin şahid olaraq dinlənəcəyi 2013-cü ilin yanvar ayında baş verən Port Said hadisələri ilə bağlı cinayət işinin məhkəmə iclası keçirilib. Məhkəmə iclasından öncə məhkəmə işini rədd edən və əvvəl müdafiə üzrə nümayəndə heyəti ilə görüşmək istəyən Mursi, "Mən hələ də bu ölkənin prezidentiyəm. Konstitusiyaya görə, adi məhkəmələr mənimlə istintaq aparmaq hüququna malik deyil", -deyə bildirib.
Xatırladaq ki, Misirin şimal-şərqində yerləşən Port Said şəhərində 2013-cü ilin yanvarında "Əl-Arab" polis mərkəzinə basqın təşkil olunduğu və baş verən hadisələrdə 5 adamın həyatını itirdiyi bildirilmişdi.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.