Məhəmməd Mursiyə bu gün hökm oxunacaq

İslamazeri.az xarici KİV-ə istinadən xəbər verir ki, Misirin eks prezdenti bu gün məhkəmə qarşısına çıxarılacaq. O, casusluqda və dövlətə xəyanətdə ittiham olunur. Bundan əlavə, eks prezident 2011-ci ildə Misirdə baş verən inqilab zamanı "Müsəlman qardaşları"n liderlərinin həbsxanadan qaçmasında da günahlandırılır.
Qahirə Ağır Cinayətlər Məhkəməsi isə qeyd edib ki, M.Mursi "Müsəlman qardaşları" hərəkatının bir qrup liderləri ilə birləşərək xarici təşkilatlara agentlik etməklə, həmçinin, ökədə bir neçə terror hadisələri planlaşdırmaqla Misirin sabitliyini pozub, hərbi və dövlət sirlərini faş edib.
Qeyd edək ki, Məhəmməd Mursi aprelin 21-də 20 il müddətinə azadlıqdan məhrum edilib. O, 2012-ci ilin sonlarında prezident sarayının qarşısında keçirilən kütləvi aksiya zamanı nümayişçilərin öldürülməsində təqsirli bilinir. Bundan əlavə, M. Mursi ilə birgə “Müsəlman qardaşları”nın daha 12 lideri və fəal tərəfdarları da həbs olunub.
Xatırladaq ki, M.Mursi 2012-ci ilin iyun ayından 2013-cü ilin iyul ayına qədər Misirin prezdenti olub. 2013-cü ilin yayında ölkədə baş verən hərbi çevrilişdən sonra, o, həbs olunub.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.