haberL haberR

Məhkməyə verilən jurnalist: "Təzminat ödəməyəcəyik!"

Kateqoriya: Münasibət Yayımlama tarixi: 21.10.2015 15:34:55

İcra başçısının məhkəməyə verdiyi jurnalist İslamazeri.az-a danışdı

Xəbər verdiyimiz kimi oktyabr ayının 17-i Masallı rayon icra başçısı Rafil Hüseynov cenubnews.com saytının baş redaktor əvəzi Mirələm Həşimovu məhkəməyə verib. Məhkəmə iclasının okyabr ayının 27-də baş tutacağı bildirən jurnalist mövzu ətrafında baş verənlərdən İslamazeri.az-a danışıb:

 

Məhkəməyə çağırılma olayı nədən sonra oldu və həqiqi səbəblər sizcə nə idi?

Cenubnews.com (xeber44.com) saytına olan bu təzyiq ilk deyil, 3 il öncədən başlayıb. Bildiyiniz kimi baş redaktorumuz Araz Quliyev saxta ittihamlarla həbs edildi. Ondan sonra da bir neçə dəfə müxtəlif formada təzyiqlərə məruz qalmışıq. Bu da növbəti təzyiq formalarından biridir. İnanmıram ki, kimlərsə həqiqətən də öz şəxiyyətinin alçaldılmasına görə narahatdır. Çünki biz yayımladığımız xəbərlərdə heç bir təhqirə yol vermirik. Tənqidə qaldıqda isə heç kimin toxunulmazlığı yoxdur. Mətbuat məmur özbaşınalığının, dövlət büdəcsinin mənimsənilməsini aşkar etməklə əslində Azərbaycan dövlətçiliyinə dəstək olur. Əgər kimlərinsə fikri budur ki, öz istədiklərini edəcəklər, Azərbaycan büdcəsini tari-mar edəcəklər, istənilən cinayəti törədə biləcəklər və heç kim onlara "gözün üstündə qaşın var" deməyəcək!? Onlar yanılırlar! Bu gün Azərbaycanda yetəri qədər jurnalist var ki, onlar digər məmurlar kimi öz səlahiyyətlərindən sui-istifadə etmir, əksinə Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə, Azərbaycan gələcəyinə bacardığı qədər dəstək olur.

Yayımlanan xəbərlərə gəldikdə isə dediyim kimi orada təhqir, şərəf və ləyaqətin alçaldılması yoxdur. Sadəcə Masallı rayonunda baş verən hadisələrdən danışılıb. Məhkəməyə 3 xəbərlə bağlı şikayət edilib. Onlardan yalnız 2-də Rafil Hüseynovun adı qeyd olunub ki, onlardan biri də bizim öz məhsulumuz deyil. Biz o xəbəri başqa mənbədən götürmüşük və istinad da qeyd etmişik.  Digər xəbər isə özümüzə məxsusdur. O xəbərin də sonunda qarşı tərəfin mövqeyini dərc etməyə hazır olduğumuzu vurğulamışıq. Bunu da bildirim ki, əgər kimsə tənqid olunmasını istəmirsə, öz şəxsiyyətinə sığışdırmırsa doğrusu bu olar ki, elə iş tutsun ki, ictimaiyyətin tənqidinə tuş gəlməsin. Nəinki, Azərbaycan gəncliyini məhkəmələrdə süründürsün.

 

Əgər təzminat istənilsə hansı addımları atmağı düşünürsüz?

Biz barəmizdə açılan cinayət işi ilə bağlı özümüzü təqsirkar bilmirik. Və törətmədiyimiz işə görə hər hansı təzminat ödəmək də fikrimiz yoxdur. Masallı rayon məhkəməsində ədalətli qərar çıxarılacağına ümidimiz yoxdur. Amma bu işi də belə boş buraxmayacağıq. Apellyasiya məhkəməsi, Ali məhkəmə və hətta lazım gələrsə Avropa məhkəməsinə müraciət edəcəyik. Bir sözlə təzminatı ödəmək barədə düşünmürük.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.