Məkarim Şirazi İran XİN-inə nə tövsiyə etdi?
Kateqoriya: Yaxın Şərq
Yayımlama tarixi: 27.08.2015 18:51:10

İslamazeri.az-ın “Fars”-a istinadən verdiyi xəbərə əsasən, xarici işlər üzrə muavin Təxt Rəvançi ilə görüşən Ayətullah Məkarim Şirazi öz tövsiyələrini dilə gətirib: “Daxili cəbhənin bir olması üçün əlimizdən gələni etməliyik. Elə etməliyik ki, qarşıdan gələn seçkilərdə rəqabət olsun, lakin ixtilaf olmasın.”
İranın nüvə müzakirələrinə də toxunan Ayətullah Nasir Məkarim Şirazi belə deyib: “Bu müzakirələrdə qeydə alınan danılmaz faktlardan biri budur ki, bu razılıq tam olaraq bizim xeyrimizə oldu. Razılıq zamanı Qərb də özü üçün üstünlüklər əldə etmək istəyir. Bu işin bizim qırmızı xətlərimizə və şəxsiyyətimizə ziyan vurmayacağı ana qədər maneəsi yoxdur. Əlbəttə düşmən sui istifadə edə bilər. Buna hazır və diqqətli olmalıyıq. Onlar əlçəkən deyillər və razılığın müxtəlif cümlələrini öz mənafelərinə uyğun təfsir edəcəklər. Nazirlik buna hazır olmalı və baş verdiyi zaman dərhal bildirməlidir.”
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.