haberL haberR

Məkarim Şirazi Yəmən Alimlər Birliyinin sədri ilə görüşüb

Kateqoriya: İslam Yayımlama tarixi: 11.01.2016 12:44:01

İranın nüfüzlu təqlid mərcəsi Yəmən alimlər birliyinin rəhbəri ilə görüşüb.

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, Ayətullah Nasir Məkarim Şirazi Yəmən alimlər birliyinin sədri Şəmsuddin Şərəfuddini qəbul edib.

Görüş zamanı Ayətullah Məkarim Şirazi deyib: “Düşmənə qalib gəlməyiniz üçün sizi gecə-gündüz dua edirik. Əmin olun ki, sizin dik duruşunuzun qələbədən başqa nəticəsi olmayacaqdır. Suriya və İraqda məğlubiyyətlə üzləşən təkfirçi qruplar Yəməndə də eyni aqibətlə üzləşəcəklər. Möminlərin qələbəsi İlahi bir qaydadır. Dünya bilir ki, Yəmən xalqı zülmə məruz qalır və zülmkar məhz Ərəbistandır. Lakin nefti, dollarları siyasi hakimləri və beynəlxalq təşkilatları öz təsiri altına salıb.”

 

“İfratçılıq və təkfirçilik təhlükəsi ilə mübarizə” konfransın ikinci məclisinin də yaxın günlərdə baş tutacağını vurğulayan Ayətullah Şirazi deyib: “Ümüd edirik ki, bu konfransda Ali Səudun təcavüzlərinə və yəmənli alimlərin kütləvi iştirakına şahid olacağıq. Mənim salam və duamı fədakar xalqınıza çatdırın.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.