Məkkədə azərbaycanlı zəvvar dünyasını dəyişib
Həcdə azərbaycanlı zəvvarlardan biri bu gün qəfil dünyasını dəyişib.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsinin “APA Holding”in Məkkəyə ezam olunmuş əməkdaşı Jalə Məmmədliyə verdiyi məlumata görə 55 yaşlı Fəxrəddin Zeynallı Minada şeytanı daşlayıb qurban kəsdikdən sonra qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü bildirilir. Zəvvarın nə zaman dəfn ediləcəyi bəlli deyil. Hələlik sənədləşdirmə işləri aparılır.
Digər iki azərbaycanlı zəvvarın isə səhhəti günvurma səbəbindən pisləşib.
Hər iki zəvvar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün heç bir təhlükə yoxdur.
Qeyd edək ki, zəvvarlarımız bu gün Minada böyük şeytanı daşladıqdan sonra qurban kəsiblər.
Onların vətənə sentyabrın 29-dan etibarən dönəcəkləri gözlənilir.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.