Məkkədə böyük yanğın, yaralılar var (Foto-Video)
Kateqoriya: Dünya
Yayımlama tarixi: 18.09.2015 08:43:00
7916 dəfə oxunub.

Məkkədə baş verən yanğınla əlaqədar mindən çox zəvvar təxliyyə edilib.
"ANS Press"-in məlumatına görə, Məkkədə mehmanxanalardan birində yanğın nəticəsində iki nəfər xəsarət alıb.
Hadisə yerinə gələn Səudiyyə Ərəbstanının Mülki Müdafiə Nazirliyinin əməkdaşları yanğının qarşısıni alıb. Bu haqda Mülki Müdafiə qüvvələrinin nümayəndəsi Abdulla əl-Harisi xəbər verib. Onun sözlərinə görə, mülki müdafiə xidmətinin əməkdaşları Məkkədə yanğının baş verdiyi mehmanxanadan 1028 asiyalı zəvvar dərhal təxliyə edilərək təhlükəsiz yerə köçürülüb.
O qeyd edib ki, Məkkə mehmanxanalarından birində yanğın haqqında siqnal bu gün səhər onlara daxil olub. Zəvvarların qaldığı mehmanxanaya hadisə yerinə altı xilasedici komandası göndərilib.
“Alovun qarşısı dərhal alınıb. Mehmanxanada olan zəvvarları çox tez bir zamanda təxliyyə etməyi bacardıq. İki zərər çəkən var idi və xilasedicilər onlara kömək göstərdilər", - deyə Abdulla əl-Harisi vurğulayıb. Onun sözlərinə görə, yanğın 11 mərtəbəli binanın səkkizinci mərtəbəsində başlayıb.
Qeyd edək ki, sentyabrın 11-də Səudiyyə Ərəbstanının Məkkə şəhərində Kəbə yaxınlığında tikinti işlərinin getdiyi Matəf adlı sahədə qaldırıcı kranın aşması nəticəsində azı 107 nəfər həlak olub, 230 nəfər yaralanıb. Məlumata görə, insident cümə namazından sonra böyük məscidin üzərində olan kranın güclü küləyin təsiri altında çökməsi nəticəsində baş verib.
Fəlakət vaxtı ildırım çaxıb, güclü yağışın yağdığı deyilir. Ölənlər arasında xeyli sayda zəvvar var. Qurbanlardan 2-si Türkiyə vətəndaşıdır. Bundan başqa 15 türk zəvvarın müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Zərrərçəkənlər arasında azərbaycanlı zəvvarlar olmayıb.
-
Dünyanın ən dərin şirin su gölündən görüntülər Rusiyanın Sibir şəhərinin cənubunda yerləşən bu gölün ən yüksək dərinliyi 1637 metrdən ibarətdir.
-
100 min insan döyüşlərə görə Həma əyalətini tərk edib Kütləvi köçə səbəb Həma əyalətində üsyançılar ilə hökumət qüvvələri arasında baş vermiş silahlı toqquşmalardır.
-
Rusiya Türkiyəni Suriyadakı vəziyyəti gərginləşdirməməyə səsləyir Bu bəyanatı Rusiya Federasiya Xarici İşlər Nazirliyi yayıb.
-
300-ə qədər suriyalı qaçqın Türkiyədən azad edilmiş Cərablus şəhərinə geri dönürlər Qaçqınlar Türkiyənin Miqrasiya Xidmətindəki qeydiyyatdan çıxırlar.
-
Ölümü unutmaq – Ayətullah Behcətin dilində "Bəzilərimiz isə daima ölümü xatırlayır və ona hazırlaşırlar."
-
İraqın baş naziri Mosul şəhərinin azad olunmasıyla bağlı açıqlama verib ABŞ İraqın könüllü xalq dəstələrinin (Həşd əş-Şəbi) Mosul əməliyyatında iştirakından narazıdır.