haberL haberR

Məkkədə tibb işçilərinin mərakeşli zəvvarlarla kobud davranışı (Video)

Kateqoriya: Dünya Yayımlama tarixi: 26.09.2015 11:30:13

Mərakeşli zəvvarlara tibb məntəqəsində dərman verilmədi

İslamazeri.az-ın Ərəb mediasına istinadən verdiyi xəbərə görə, Məkkə şəhərində Həcc mərasimində olan mərakeşli zəvvarlara qarşı xoşagəlməz rəftar edilib.

Belə ki, mərakeşli zəvvarlar dərman almaq üçün ziyarətgahın tibb məntəqəsinə yaxınlaşıblar. Səudiyyəli tibb işçiləri isə dərman yoxdur deyərək zəvvarlarla kobud rəftar edib. Əslində isə tibb məntəqəsi Həccə gələn bütün zəvvarların lazımi preparat və darmanlarla təmin etməyə görə, öhdəçilik götürüb.

Qeyd edək ki, hər il bu və ya digər halda müxtəlif ölkələrdən Səudiyyə Ərəbistanına ziyarətə gələn zəvvarlara qarşı xoşagəlməz hallar baş verir. Bu da Səudiyyə Ərəbistanı hökumətinin zəvarlara olan "hörmətindən" irəli gəlir. 

Faiq / İslamazeri.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.