haberL haberR

Məkkədə yanğın baş verib, zəhərlənənlər var (Foto)

Kateqoriya: Dünya Yayımlama tarixi: 25.09.2015 10:45:51

Məkkədə zəvvarların qaldığı oteldə yanğın baş verib
Azərbaycanlı zəvvarlardan APA-ya verilən məlumata görə, yanğın zəvvarlarımızın qaldığı " Əli Musa" otelinin yaxınlığındakı bir başqa oteldə qeydə alınıb. Hadisə yerinə çoxlu sayda polis, təcili yardım və yanğınsöndürənlər cəlb olunub. Yanğın baş verən oteldə köməksiz vəziyyətdə qalanlar qaldırıcı kranlar vasitəsi ilə  evakuasiya olunublar. Zəvvarların sözlərinə görə, əraziyə 50-dən çox təcili yardım maşını cəlb olunub. Yanğın baş verən oteldə tüstüdən zəhərlənənlərin olduğu deyilir.

Qeyd edək ki, yanğınsöndürənlər yanğının qarşısını alaraq alovun yaxınlıqdakı digər otellərə keçməsinə imkan verməyiblər.

Məkkədə yanğın baş verib, zəhərlənənlər var (Foto)

/haberimaj/habergaleri/0Q7B9L0N8Y6C.JPG
  1. Məkkədə yanğın baş verib, zəhərlənənlər var (Foto)

  2. Məkkədə yanğın baş verib, zəhərlənənlər var (Foto)

  3. Məkkədə yanğın baş verib, zəhərlənənlər var (Foto)

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.