haberL haberR

Məkkənin baş muzeyini erməni memar inşa edəcək

Kateqoriya: Dünya Yayımlama tarixi: 18.01.2016 12:02:57

Muzeyin əsas binasının daşları dünyanın bütün müsəlman ölkələrindən gətiriləcək.

İslaminsesi-nin news.am-a istinadən verdiyi məlumata görə, Britaniya kral memarlıq institutunun üzvü, Erməni mənşəli fransalı memar Mişel Mosesyanın rəhbərlik etdiyi Mossessian Architecture memarlıq şirkəti Məkkə şəhərinin baş muzeyinin yaradılması üzrə dünya müsabiqəsində qalib gəlib.

"İnam muzeyi" Məkkənin 7 km-liyinlə 5600 kvadrat km ərazidə tikiləcək. Muzeydə virtual məscid, audio-video zalları, 3d yayımları və binanın damında bağça olacaq.
Maraqlıdır ki, muzeyin baş binasının daşları dünyanın bütün müsəlman ölkələrindən gətiriləcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.