haberL haberR

Məktəb imtahanları zamanı müvəqqəti olaraq internet söndürüldü

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 19.05.2016 14:04:19

İraqda məktəb imtahanları zamanı müvəqqəti olaraq interneti söndürüblər

İslamazeri.az “lenta.ru” saytına istinadən xəbər verir ki, İraqda məktəb imtahanları zamanı, internetə olan çıxış müvəqqəti olaraq tamamilə söndürülüb. Hakimiyyət əmindir ki, bu tədbir sui istifadə və köçürmə halları ilə mübarizə aparmağa kömək olacaq.

“Dyn” analitik şirkətinin “Twitter”-də dərc edilmiş araşdırması göstərir ki, İraqda internet çıxışı mayı ayının 14, 15 və 16-sə bağlanmışdı. Hər bir söndürülmə təxminən 3 saat davam edib.

Lakin qrafikdə görsənir ki, provayderlərin (red. – internet təchizatçılarının) 3-də ikisi, rəsmi “söndürülmə” zamanı öz işlərini davam etdirirdi. “Dyn” məlumatına əsasən, həmən provayderlər görünür ki, Kürdistanda olub və buna görə də həmən qadağa onlara (provayderlərə) toxunmayıb.

İraqda əmindirlər ki, tədbir vasitəsi ilə imtahan materiallarının sızması və yayılmasının qarşısını almaq olacaq. Bundan əlavə, ölkə hakimiyyəti bildirib ki, internetə çıxışdan məhrum edilmiş şagirdlər, internetdə düzgün cavabı taparaq köçürə bilməyəcəklər.

Analoji hadisələr, ötən il də İraqda keçirilib. Bundan əlavə, 2014-cü ildə İŞİD terrorçuları Mosul şəhərini tutanda, iyun ayında ölkədə internetə çıxış yox idi.


Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.