haberL haberR

Məktəblərdə vakant müəllim yerlərinin sayı artırıldı

Kateqoriya: Xəbərlər Yayımlama tarixi: 05.09.2016 12:26:19

Təhsil Nazirliyi şikayətlərlə bağlı tədbirlər görür

Ötən gün ölkənin müxtəlif bölgələrindən müəllimlərin imtahanda yüksək bal toplamalarına baxmayaraq işsiz qaldıqları barədə şikayəti medianın gündəm mövzularından olub. Onların sözlərinə görə, rayonlarda və şəhərlər məktəblərdəki vakansiyalar direktorlar tərəfindən gizlədilərək Təhsil Nazirliyinə təqdim edilmir. Nəticədə də həmin yerlər pulla başqalarına, hətta qeyri-ixtisas müəllimlərinə satılır.

Artıq müəllimlərin işə qəbulu ilə bağlı imtahan bitib. Göstərilən vakansiyalarda isə dəyişikliklər olub. Məsələ ilə bağlı imtahanlarda iştirak etmiş müəllimlər Bizimyol.info-ya öz təşəkkürlərini bildiriblər: “Şikayətlərimiz səmərə verdi, şəhərlərdə vakansiyalar aşkarlanıb. Düzdür, tam qanedici deyil, amma birinci tura baxanda bu turda yerlər xeyli artıb”.

Azərbaycan dili – ədəbiyyat müəllimi olan Mələk Əliyeva bildirib ki, yenə də araşdırma aparılmasına ehtiyac var: “Əvvəlki turlardan qalma yəni müsahibədə kəsilən namizədlərin yeri, yerdəyişmə edən müəllimlərin yeri və yeni aşkarlanan vakansiyalar bu turda verilib. Nə qədər yeni vakansiya olduğunu dəqiq bilmirəm. Ancaq təqribən 200-dən çoxdur. Əvvəlki 3 ildə şəhərdə bu qədər vakansiya verilməmişdi. Riyaziyyatdan Bakıya 5 yeni yer (hamısı Bakının uzaq rayon məktəbləri), Azərbaycan dili və ədəbiyyatdan Bakıya 8 yer ( Maştağada-2 yer, Nardaranda 1 yer, Hövsanda 1 yer, Binədə 1 yer, Ramanada 1 yer, Balaxanıda 2 yer), Gəncədə 1 yer yeni vakansiya verilib. Yeni vakansiyalar daha çox ibtidai sinif müəllimliyi üzrədir. Tək Sumqayıt şəhərində ibtidai sinif müəllimliyi üzrə 6 yeni vakant yer verib. Tarix, ingilis dilindən isə vakansiyalar yenə azdır”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.