haberL haberR

"Mən fələstinli uşaqlara göz yaşı olmadan baxa bilmirəm" - Ronaldo

Kateqoriya: İdman Yayımlama tarixi: 16.07.2016 15:31:06

"Müsəlmanları sevirəm, ona görə ki, onların həyatı qaydaya salınıb və idealdır, nəinki dağınıq və nizamsız".

Kriştiano Ronaldo müsəlmanlara qarşı sevgisini etiraf edib

Maide.Az xarici mediaya istinadən bildirir ki, dünyanın ən güclü futbolçularından biri, portuqaliyalı Kriştianu Ronaldo etiraf edib ki, islama və müsəlmanlara səmimi hisslər keçirir.

"Mənim uşaqlığım asan olmayıb. Ailəmizin pulu yox idi, bu üzdən biz qardaşımla bir çarpayıda yatırdıq. Məktəbə gedə bilmirdim, ona görə ki, valideyinlərim təhsil haqqını ödəyə bilmirdilər. Mən öz əzablarımı futbol oynamaqla silməyə çalışırdım. Meydanda özümün bütün hirsini tökə bilirdim. Ona görə də mən afrikalı ac uşaqlara kömək edirəm, bu işi şöhrət üçün deyil, ona görə edirəm ki, bilirəm onlar nələr çəkir. Mən fələstinli uşaqlara göz yaşı olmadan baxa bilmirəm, bir halda ki, onların dodaqlarında mənim adım hallanır. Mən müsəlmanları sevirəm, ona görə ki, onların həyatı qaydaya salınıb və idealdır, nəinki dağınıq və nizamsız. Mən İslam dini haqqında çox bilirəm və dəqiq deyə bilərəm ki, onun haqqında son vaxtlar mətbuatda yazılanlar - alçaq yalandan başqa bir şey deyil",-deyə Kriştiano Ronaldo bildirir.

Xatırladaq ki, bu ilin yazında Kriştianu Ronaldu İordan çayının Qərb sahilində olub. O, sionist israillilərin əlindən zərər çəkmiş 5 yaşlı uşaqla görüşüb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.