haberL haberR

Mənzillərin qiymətlərində ucuzlaşma var

Kateqoriya: Sosial Yayımlama tarixi: 21.10.2015 12:36:02

Cari ilin III rübündə mənzil bazarında qiymətlər ucuzlaşıb

Cari ilin III rübündə mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 1,4% ucuzlaşıb. İslamazeri.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ilkin mənzil bazarında qiymətlərdə 0,1% bahalaşma, təkrar mənzil bazarında isə 1,4% ucuzlaşma müşahidə olunub.

Statistikaya əsasən cari ilin sentyabr ayında mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 2,1%, elektirk enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5% bahalaşıb, emal sənayesi üzrə 0,5% ucuzlaşıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı üzrə isə qiymətlərdə dəyişiklik baş verməyib.

Ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,7% bahalaşıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.