haberL haberR

"Meracus Səadə" (Səadət zirvəsində) (Annotasiya)

Kateqoriya: Kitab həyatdır Yayımlama tarixi: 14.06.2015 16:59:39

İslamazeri.az xəbər verir ki, bu kitab 2012-ci ildə çap olunmamasına baxmayaraq ölkə miqyasında məhşur kitablardan biridir.

Ayətullah molla Əhməd Nəraqi mərhum atası Ayətullah molla Məhəmmədmehdi Nəraqinin yazdığı "Camius-səadət" əsərini ərəb dilindən fars dilinə tərcümə etməklə yanaşı, kitabı nisbətən xülasə etmiş, eyni zamanda bəzi əlavələr edərək "Meracus Səadə" (Səadət zirvəsində) adlı yeni bir əsəri bəşəriyyətin elmi-mədəni irsinə təqdim etmişdir.

Kitabda  "Allahı tanımağın yolu insanın özünü tanımasıdır", "İnsanın özünü tanımasında əxlaqdakı rolu", İnsan cism və ruhdan ibarətdir", "Ruh və nəfsi tanımağın yolu", "İnsanın mahiyyəti", "Ruhla göylər aləminə seyr", "Ruhla cismin rahatlığı və narahatlığı", "Ruhun xəstə ollmasının fəsadları. sağlam olmasının faydaları", "Nəfsani qüvvələr və digər qüvvələrin onlara tabe olması", "Mənfi xüsusiyyətlərin mənbəyi", "Dörd qüvvənin hakimiyyəti", "Fəzilətlərin qarşılıqlı qəbahəti", "Nəfsi saflaşdırmağın müqəddiməsi", "Nəfsin xəstəliklərinin müəyyən edilməsi", "İslah edənin ədalətli olması", "Yəqinin əlamətləri", "Şirk və onun növləri", "Nəfsani xəstəliklərin müalicəsi", "Mürəkkəb cəhl və şəkk-şübhə", "Hiylə və kələk", "Allahın mərhəmətinə ümid bəsləmək", "Qəzəb və onun səbəbləri", "Bədəxlaq olmaq", "Elmlə ücb etməkdən uzaq olmağın çıxış yolu", "Qeyrətsizlik", "Din və namus qeyrəti", "Dünya sevgisi", "Təkəbbür və onun ücblə fərqi", "Zənginlik", "Yoxsulluq və onun növləri", "Zöhd və onun fəziləti", "Qeybətin mənası və mahiyyəti", "Allahın iradəsinə qarşı çıxmaq", "Uzun uzadı arzulardan xilas olmağın yolları", "Riyakarlıq", "Vəzifə, şan şöhrət və cah-cəlal sevgisindən uzaq olmağın elmi-əməli yolları", "Təvəkkülün dərəcələri", "Namazın əsası", "Oruc tutanların dərəcələri" və bir çox mövzulara toxunulmuşdur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.