haberL haberR

Mərakeş ABŞ-ın Liviya zərbələri fonunda sərhədyanı nəzarəti gücləndirir

Kateqoriya: Dünya Yayımlama tarixi: 04.08.2016 13:32:28

Bu ehtiyat tədbirlərinin səbəblərindən biri də İŞİD cərgələrində çox sayda mərakeşlinin olması ilə bağlıdır.

İslamazeri.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə əsasən, Mərakeş hökuməti ölkə sərhədlərində, xüsusilə də Əlcəzairlə sərhəddə Liviyadan ölkəyə terrorçuların soxulmasının qarşısını almaq məqsədi ilə nəzarəti gücləndirmək qərarı qəbul edib.

KİV-lər hərbi mənbələrə istinadən bildirir ki, tədbirlər ABŞ HHQ-sinin Liviyada İŞİD terror təşkilatı mövqelərinə zərbələr endirməyə başladıqdan sonra qəbul edilib. Bu Mərakeş rəhbərliyinin ehtiyat etməsinə səbəb olub. Çünki terrorçular Liviyada mövqelərini itirdiklərinə görə Mərakeşə soxula bilərlər.

Həmçinin mənbələrdən qeyd ediblər ki, bu ehtiyat tədbirlərinin səbəblərindən biri də İŞİD cərgələrində çox sayda mərakeşlinin olması ilə bağlıdır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.