haberL haberR

Mərakeş: İŞİD üzvlərinin hazırladığı bir neçə hücumun qarşısı alınıb

Kateqoriya: Dünya Yayımlama tarixi: 27.07.2016 17:55:10

Bu son illə Mərakeş hakimiyyəti tərəfindən keçirilmiş ən iri əməliyyatdır

İslamazeri.az-ın "Reuters"-ə istinadən verdiyi xəbərə əsasən, Mərakeş Daxili İşlər Nazirliyi İŞİD terror təşkilatı üzvlərinin hazırladığı bir neçə hücumun qarşının alındığı haqda xəbər verib.

Məlumata əsasən, Mərakeş hakimiyyəti İŞİD-lə əlaqədə şübhəli bilinən 52 nəfərin saxlanılması üzrə xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı həmçinin silah və bomba hazırlanmasında istifadə olunan maddələr də müsadirə olunub.

Bildirilir ki, bu son illə Mərakeş hakimiyyəti tərəfindən keçirilmiş ən iri əməliyyatdır.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.