haberL haberR

Mərakeşdə Həzrəti Musa ilə bağlı film qadağan edilib

Kateqoriya: İslam Yayımlama tarixi: 27.12.2014 10:40:47

Filmin adı “Çarlar və Allahlar”-dır

İslamazeri.az-ın “İslamreview”-a istinadən verdiyi xəbərə görə, Mərakeşdə Həzrəti Musa peyğəmbərlə (ə) bağlı çəkilmiş filmin nümayiş edilməsi qadağan edilib.

 

Ridli Skotun rejissorluğu altında çəkilən “Çarlar və Allahlar” filmi bir çox müsəlman ölkəsində mənfi qarşılanıb və nümayiş edilməsi qadağan edilib.

 

Filmin qadağan edilməsi səbəbi açıqlanmasa da, bildirilib ki, filmin ssenarisi Həzrəti Musanın şəninin aşağı salınması ilə əlaqədardır.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.