haberL haberR

Mərcə girərək 532 bal yığan fəhlədən açıqlama

Kateqoriya: Ölkə Yayımlama tarixi: 05.08.2016 10:25:58

Qəbul imtahanı ərəfəsində dostu ilə 100 manatdan mərcə girən və 532 bal toplayan sumqayıtlı fəhlə İbrahim Qəhrəmanov universitet seçməkdən imtina edib.

“Sədərək”də işləyən gənc AzVision.az-a açıqlamasında hazırda iki diplomu olduğunu qeyd edib:

“2007-2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində təhsil almışam. Həmçinin paralel olaraq Türkiyə universitetlərindən birinin diplomunu almışam. 4 illik təhsili başa vurduqdan sonra bank sektorunda çalışdım. Daha sonra çalışdığım bankdan rayonlardan birinə ezam olunmağımı istədilər. Ona görə də işimdən imtina etdim. Bir müddət işsiz qaldım. Amma sonradan fəhlə işləmək qərarına gəldim. Hazırda fəhlə işləyirəm”.

Belə yüksək nəticə göstərən gənc bildirib ki, hansısa bir universiteti seçmək planı yoxdur:

“Oxumayacağamsa hansısa yerdə seçim edib bir gəncin yolunu bağlamaq istəmirəm. Maddi sıxıntı baxımından təhsili davam etdirməyəcəyəm”. İ.Qəhrəmanov maddi köməklik olunsa da belə təhsilini davam etdirmək istəmir. O, öz ixtisasına uyğun işlə təmin olunmasını istəyir.

Qeyd edək ki, İbrahim Qəhrəmanov əslən Qubadlı rayonundandır, 1993-cü ildən Sumqayıtda köhnə mehmanxanada məskunlaşıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.