haberL haberR

Mərkəzi Seçki Komissiyası (MSK) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə seminar-müşavirələrə başlayıb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 13.12.2014 10:09:05

Bu gündən etibarən Mərkəzi Seçki Komissiyası (MSK) Daxili İşlər Nazirliyi (DİN) ilə birgə seminar-müşavirələrə başlayıb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən islamazeri.az-a  verilən məlumata görə, bələdiyyə seçkiləri prosesində və səsvermə günü ictimai qaydanın pozulması hallarının qarşısının alınması istiqamətində polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr edilən zona seminar-müşavirələrində dairə seçki komissiyalarının sədrləri və polis orqanları nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Seminar-müşavirələrdə MSK üzvləri, MSK Katibliyinin əməkdaşları və DİN-in müvafiq qurumlarının nümayəndələrinin bələdiyyə seçkilərinin keçirilməsi və bu proseslərdə polisin rol və vəzifələri ilə bağlı müxtəlif mövzularda çıxışları dinləniləcək, təqdimatlar və müzakirələr aparılacaq.

Seminar-müşavirələr 2014-cü il dekabrın 13-də Gəncədə, dekabrın 15-də Şirvanda və dekabrın 16-da Bakıda keçiriləcək.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.