haberL haberR

"Məscidül-Əqsa" imamı: "İŞİD-in İslamla əlaqəsi olsaydı, gəlib burda cihad edərdilər"

Kateqoriya: Dünya Yayımlama tarixi: 16.07.2015 11:52:58

Keçmiş Qüds müftisi bölgədə baş verən hadisələrdən danışıb

İslamazeri.az "Fələstin" İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, keçmiş Qüds müftisi və "Məscidül-Əqsa" imamı İkrimə Səbri İŞİD adı altında İslama müharibə elan etmək istənildiyini bildirib.


Səbri İsrail rejiminin İŞİD-lə arasında əlaqəsi varmış kimi göstərməyə çalışaraq HƏMAS-ı vurmaq istədiyini ifadə edərək, "İŞİD adı altında İslama savaş açmaq istəyirlər. İŞİD İslamı düşünsəydi, Fələstində cihad elan edərdi. Qəzzada baş verənlərlə İŞİD-in heç bir əlaqəsi yoxdur. HƏMAS-ın isə nə İŞİD, nə də Sina yarımadasında baş verənlərlə əlaqəsi var. Burada əsas məqsəd HƏMAS-ı İŞİD və Sina hadisələriylə əlaqəli göstərərək hədəfə almaqdır", -deyə danışıb.

İşğal ordusu tərəfindən Qəzzada insanlığa qarşı təşkil olunan hücumdan birr il keçdiyini xatırladan Səbri, "Qəzzada minlərlə insan canından oldu. Məscidlər, xəstəxanalar, məktəblər və evlər sökülüb. Hücumdan bir il keçməsinə baxmayaraq, Qəzzadakı acınacaqlı vəziyyət hələ də davam edir. Qəzza hələ də blokada altındadır və sökülən evləri inşa etmək olmur. Misir də İsrail rejimi blokadasına qoşularaq Qəzzalıları diz çökdürtmək, bu müharibədə uduzdurmaq istəyir. Halbuki Qəzza bu müharibədə şərəfi ilə qələbə qazanıb", -deyə söyləyib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.