haberL haberR
Fələstinli gənclərlə sionist rejim polisi arasında toqquşma baş verib

İslamazeri.az-ın "Sputniknews"-a istinadən verdiyi məlumata görə, fələstinli gənclərlə İsrail təhlükəsizlik qüvvələri arasında dünən səhər Məscidül-Əqsada toqquşma baş verib. Məscidül-Əqsanın həyətinə girən sionist rejim polisi onlara müqavimət göstərən fələstinlilərə qarşı səs bombası və rezin güllələrdən istifadə edib.

İsrail DİN-inin mətbuat katibi Lupa Samrinin bir neçə gün əvvəl verdiyi yazılı açıqlamada Qurban bayramının son günü müsəlmanlardan başqa heç kimin Məscidül-Əqsaya daxil olmasına yol verilməyəcəyi bildirilmişdi.

Fələstindəki "1948 İslam Hərəkatı"nın sədr müavini Kamal əl-Xətib "Radikal sağçı yəhudi dərnəkləri yəhudilərə basqın etmək üçün çağırış edir. Bu səbəbdən biz xalqımızı Məscidül-Əqsanı boş qoymamağa dəvət edirik",- deyə bildirib.

Xətib  ərəb ölkələrinin susqunluğunun Məscidül-Əqsanı yəhudiləşdirməyə çalışan işğalçı İsraili daha da cəsarətləndirdiyini xüsusi vurğulayıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.