haberL haberR

Məscidül-Həram Səudiyyə rejiminin əlindən alınmalıdır

Kateqoriya: İslam Yayımlama tarixi: 15.09.2015 17:57:29

"Şam ölkələrində islam vəhdəti mütaliyələri" cəmiyyətinin sədri sərt bəyanat yayıb

İslamazeri.az-ın "Farsnews"-a istinadən verdiyi xəbərə əsasən, bir neçə gün öncə Məkkədə baş verən hadisəyə toxunan "Şam ölkələrində islam vəhdəti mütaliyələri" cəmiyyətinin sədri Əbdürrəhman Əzzil bildirib ki: "Bu hadisə Səudiyyə Ərəbistanında yayılan fəsadın nəticəsidir. Onların hadisəni ört-basdır etmək üçün bəhanələri qəbuledilməzdir. Son dönəmdə baş verən hadisələr müsəlmanları iki şərafətli hərəmi Səudiyyə rejiminin əlindən alınması barədə düşündürür. Onların hərəmlərə nəzarət etmək ləyaqətləri yoxdur. İtaliyada Papanın olduğu Vatikan şəhəri kimi, Məkkə və Mədinə şəhəri də müstəqil olmalı və oraya dövlətin müdaxilə etmək haqqı olmamalıdır. Bu iki şəhər "İslam Əməkdaşlıq Təşkilatı"nın idarəçiliyində olmalı və heç bir ölkəyə bağlı olmamalıdır. Fərqli məzhəblərdən olan alimlər şurası təşkil olunmalı və iki şəhərin işlərinə nəzarət etməlidir. Yalnız bu addımın atılması Səudiyyə rejiminin xəyanətlərinin qarşısını ala bilər."

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.