haberL haberR

Məşhədin imam cüməsi düşmənin əsas hədəfindən söz açıb

Kateqoriya: Dünya Yayımlama tarixi: 19.08.2016 16:38:01

"Bəziləri bilməyərəkdən ABŞ dəyirmanına su tökürlər. Onlara deyirik ki..."

İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə əsasən, Ayətullah Xamenenin Məşhəd şəhərində olan nümayəndəsi və şəhərin imam cüməsi olan Ayətullah Ələmul-Huda cümə namazı xütbələrində müsəlmanların böhranlı vəziyyətinə toxunub.

Düşmənin hədəfinin din süfrəsini yığışdırmaq olduğunu deyən imam-cümə bildirib: “Cavanlar günah və şəhvət ardıca olsalar, düşmən ölkəmizi ələ keçirər. Bizim hazırda ölkədə diqqətsizlik və nizamsızlıq problemlərimiz var. Bəzi siyasətçilərin də qidalandıqları məsələlər dinsizliyin və dəyərlərin ziddinə olan təbliğləridir. Bu məsələlərin ölkədə kök atmağı düşmənin xeyrinədir. Bəziləri bilməyərəkdən ABŞ dəyirmanına su tökürlər. Onlara deyirik ki, bu işlərlə öz xalqınıza xəyanət edirsiniz. Hər addımdan öncə onun nəticələri barədə də düşünün.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.