haberL haberR

Məşhədin İmam cüməsi nazirliyin izin verdiyi konserti ləğv etdi və...

Kateqoriya: Region Yayımlama tarixi: 25.08.2016 19:47:38

Məşhəd şəhərinin imam cüməsinin şəhərdə musiqi konsertlərinin keçirilməsinə mane olması ölkə gündəmini ələ keçirib

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə əsasən, mətbuat nümayəndələrinə müsahibə verən İranın mədəniyyət naziri Əli Cənnəti deyib: “Bizim görüşümüz tamamilə aydındır. Bizim vəzifəmiz müxtəlif konsert, teatr və səhnələrə icazə verməkdir. Bizim verdiyimiz icazəyə heç kim məhdudiyyət qoya bilməz. Təəssüf olsun ki, bəzi şəhərlərdə verdiyimiz icazələr ləğv olunur. Məşhəd şəhərində hətta yerli əhalinin adət-ənənələrinə uyğun konsertlərin də keçirilməsinə icazə verilmir. Bu, şəhərin imam cüməsi tərəfindən atılan addımların nəticəsində baş verir".

Nzirlik rəsmisi daha sonra "Ölkədə pop musiqisini ifa edən gözəl insanlar var ki, biz də onları dəstəkləyirik. 11 ildir ki, Məşhəddə bu cür konsertlər keçirilmir. İmam cümənin düşüncəsinə görə, şəhərin bütün yerləri müqəddəs hesab olunur. Bizim heç bir halda geri çəkilmək niyyətimiz yoxdur. Biz Ədliyyə Qüvvəsinin üzvləri ilə bu maneələrin tezliklə həlli üçün çalışacağıq.”, deyə bildirib.

Qeyd edək ki, Ayətullah Xamenenin Məşhəd şəhərində olan nümayəndəsi və şəhərin imam cüməsi olan Ayətullah Ələmul-Huda cümə namazı xütbələrində İslama zidd fəaliyyətləri tənqid etməkdədir. Onu da qeyd edək ki, nazirlik rəsmisinin Ədliyyə Qüvvəsinin üzvlərinə müraciət etməsinə baxmayaraq bu qeyri-islami konsertlərin izin verilməsi qeyri-mümkündür. Çünki, bu qərarın ləğv ediləcəyi təqdirdə məsələyə İnqilab rəhbəri Ayətullah Xameneinin qarışacağı və məsul şəxslərin işindən azad olunacağı ehtimal olunur.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.