haberL haberR

Məşhədin İmamcüməsi konsertə mane olmasından danışıb

Kateqoriya: İslam Yayımlama tarixi: 03.09.2016 11:07:20

Müqəddəs Məşhəd şəhərinin imamcüməsi ona olunan tənqidlərdən söz açıb.

İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə görə, ötən həftə Məşhəd şəhərində musiqili konsertlərin keçirilməsinə mane olan Ayətullah Ələmul-huda, bu barədə açıqlama verib.

Tələbənin ən az vəzifəsinin pis işlərdən çəkindirmək olduğunu deyən Ayətullah bildirib: “Ordum yoxdur, adi tələbəyəm. Bəzi musiqiləri dinləyirəm, lakin konsert başqa şeydir. Konsertdə musiqi mənfi həyəcanla birlikdə baş verir. Bunu hansı təqlid mərcəsi dəstəkləyir? Bu işin şəhərimizdə haram olduğunu və imam Rzanın (ə) hörmətinin aradan getdiyini demişəm. Bu konsertin görüntülərini hansısa təqlid mərcəsinə göstərib, onun fikrini öyrəniblərmi? Cavanların problemi konsert deyil. Evlilik, işsizlik problemlərinin həlli konsertdədirmi? Əgər ölkədə musiqi cərəyanı başlayacaqsa, bunu şəri çərçivədə görməlidirlər.”

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.