haberL haberR
“Allah yoxdur. Ateistlərin bu fikirləri ilə tez-tez rastlaşmaq olur. Və bəzən onların arqumenti o qədər güclü olur ki, ən inanclı şəxs belə şübhələrin burulğanında itib qalır. Lakin Allah var, O mövcuddur”.

Bunu bir müsəlman deyil, uzun illər elmi ateizmin əsas sütunlarından sayılan məşhur ateist filosof Entonu Flyu deyib. O, uzunmüddətli araşdırmalardan sonra Allahın mövcudluğu qənaətinə gəlib.

Publika.az xəbər verir ki, filosofun baxışlarının dəyişməsinə səbəb 2004-ü ildə elmi kəşflərin seriyası olub.

Flyu açıq şəkildə bildirib ki, Kainat öz-özlüyündə yarana bilməz. Görünür, bunu qüdrətli olan kimsə yaradıb. Hansı ki, biz onu təsəvvür edə bilmərik. Onun sözlərinə görə, daha əvvəl o da digər ateistlər kimi ölü materiyadan canlı materiyanın yaranmasına əmin idi.
“Bu gün dünyanın meydana çıxmasını ateist nəzəriyyəsi ilə təsəvvür etmək mümkün deyil. Dezoksiribinuklein turşusunun molekulunun quruluşu haqqında müasir məlumatlar bunun öz-özlüyündə yaranmadığını təkzibedilməz sürətdə sübut edir. Bunu kimsə hazırlamalıdır”, - deyə alim bildirib.

Entoni Flyu 2010-cu ilin 8 aprelində 87 yaşında vəfat edib. Onun ölümü bütün şüurlu həyatı boyunca özünün də bildiyi sadə həqiqəti tapmaq üçün ən mürəkkəb yollara baş vuran, lakin sonda dolanıb eyni nöqtəyə, həqiqətə gələn insanın “təəssüfünə” bənzəyir.

“Maktub” – “Alın yazısı”

Şərq fəlsəfəsinin əsas sütunu Flyunun həyatının sanki əks-sədadır. Bu, Flyunun alın yazısı imiş. Bu fəlsəfi fikirdən ilhamlanaraq “Kimyagər” əsərini qələmə alan Nobel mükafatçısı Poulo Koulenin qəhrəmanı Santyaqo kimi Entoni Flyu da həyatı boyu gözünün qarşısındakı “xəzinəni” tapmaq üçün Afrikaya getməli, ehramları görməli imiş. O, 80 yaşından sonra Allahın olduğunu dərk etməyə başladı və bununla bəlkə də ateistlərin müharibədə məğlubiyyətinin baiskarı oldu. Ateistlərlə döyüşdə dindarlar “ən böyük ateist sonda Allahın mövcudluğunu dərk etdi” tezisini rahatlıqla irəli sürə biləcəklər. Lakin yaşasaydı, güman ki, ateistlər “Allah” kimi qəbul etdikləri Flyunu məsxərəyə qoyacaq və bununla öz mövqelərini müdafiə etməyə çalışacaq. O, gəldiyi qənaətlə yanaşı, öz ölümü ilə də ateistlərə böyük zərbə vurdu.

Lakin Flyu yeganə nümunə hesab olunmamalıdır. Britaniyalı fizik Martin Con Ris də hesab edir ki, Kainat çox mürəkkəbdir. O, 500-dən çox elmi işi ilə Allahın mövcudluğunu sübut edib və buna görə 4,1 milyon dolar pul qazanıb. Hərçənd ən böyük ateistlər elə fiziklərdir.

Rusiya Elmlər Akademiyasının üzvü, akademik Anatoli Akimov deyir ki, Allahın mövcudluğu elmi sübutlarla təsdiq olunub.

“Allah var və biz onun iradəsinin təzahürlərini müşahidə edə bilərik. Bir çox alim Allaha yalnız inanmır, həm də bunu konkret elmə söykənərək sübut edirlər”, - deyə A.Akimov “Moskovskiy Komsomolskiy”ə müsahibəsində bildirib.

Akademik qeyd edib ki, ötən əsrlərdə də kifayət qədər alim-fiziklər Allaha inanırdılar.

Bununla yanaşı, İssak Nyutonun vaxtında din və elm ayrılmamışdı. Keşişlər elmlə də məşğul olurdular. Nyutonun özünün ilahiyyat təhsili var idi və tez-tez təkrarlayırdı: “Müxanikanın qanunları ilə mən Allahın qanunlarına qarşı çıxıram”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.