haberL haberR

Məşhur futbolçu ölümdən döndü - Foto

Kateqoriya: İdman Yayımlama tarixi: 13.07.2016 14:56:02

Xoşbəxtlikdən o, xəsarət almadan yola davam edib.

Portuqaliya millisinin və "Beşiktaş"ın ulduz futbolçusu Rikardo Kuarejma ölümdən dönüb. Anspress-in məlumatına görə, hadisə komandanın "Avro-2016"nın bitməsindən sonra Parisdən Lissabona qayıdarkən baş verib.

Avropa çempionları üstü açıq avtobusla şəhər turuna çıxıb. Bu zaman avtobusun arxa hissəsində oturaraq azarkeşləri salamlayan Kuarejmanın başı az qala məlumat lövhəsinə dəyəcəkmiş. Xoşbəxtlikdən o, xəsarət almadan yola davam edib.

Avropa çempionatının qalibi Portuqaliya yığması ötən gün vətənə dönüb. Lissabonda milli komandanı qarşılamaq üçün minlərlə insan küçələrə axışıb. Yığma komandanın futbolçularını ölkənin prezidenti rəsmi iqamətgahına qonaq edib. AVRO-2016-nın final matçında Portuqaliya əlavə vaxtda vurduğu qolla Fransanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu adına sahib çıxıb. Yeganə qolun müəllifi “Lil” klubunun futbolçusu Eder olub.

Məşhur futbolçu ölümdən döndü - Foto

/haberimaj/habergaleri/0H7S9C0E9P6T.JPG
  1. Məşhur futbolçu ölümdən döndü - Foto

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.