haberL haberR

Məşhur içkinin piylənməyə səbəb olduğu aşkarlandı

Kateqoriya: Səhiyyə Yayımlama tarixi: 09.10.2015 18:08:01

Bununla bağlı araşdırma nəticələri açıqlanıb

"Coca-Cola" şirkəti britaniyalı alimlərin piylənmə və şirin, qazlı suların istehlakı arasında əlaqəni təkzib edən tədqiqatları üçün milyonlarla funt xərcləyib.

Bu barədə "The Times" qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, dünyaca məşhur konsern yalnız ondan artıq elmi layihəni maliyyələşdirməyib, eləcə də səhiyyə məsələləri ilə məşğul olan hökumət nümayəndələrini satın alıb.

Onlar öz çıxışlarında "Coca-Cola" və ona bənzər içkilərin artıq çəkiyə səbəb olması faktını şübhə altına alırdılar.

Eyni zamanda bir çox ekspert-dietoloqlar qeyd edirlər ki, məhz şəkərin ifrat istifadəsi artıq çəkiyə səbəb olur.

Ekspertlər şəkər tərkibli qida məhsullarına vergi qoyulmasına dair çağırışla çıxış ediblər.

"Coca-Cola şirkəti yalnız ictimai fikri deyil, eləcə də siyasi qərarları manipulyasiya etmək istəyir. Onların taktikası elmi tədqiqatlara təsir göstərməyə çalışan alkoqol və tütün şirkətlərinin taktikasını xatırladır", -  "Xalqın Sağlamlığı Fakültəsi"  (ingiliscə: Faculty of Public Health) cəmiyyətinin üzvü Seymon Kepvel (ingiliscə: Saymon Kepvell) bildirib.

Konsernin nümayəndələri "The Times" nəşrinə bildiriblər ki, şirkət müstəqil alimlərə elmi tədqiqatlar sifariş edirlər, belə ki, içkinin tərkibində olan inqredientlər haqqında alınan nəticələrə hər zaman etibar edir.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.