haberL haberR
Ulduz futbolçu depressiyadadır

"Barcelona"nın ulduz futbolçusu L.Messinin yeni kluba keçmək niyyətində olduğu iddia edilib. Bizimyol.info xəbər verir ki, bu barədə Cope.es məlumat yayıb. Keçən həftələrdə stressli günlər yaşayan Messinin "Barcelona" ilə müqaviləsini 2018-ci ilə qədər uzatmayacağı iddia edilib. İspaniya mətbuatının yaydığı məlumata görə, depressiv vəziyyətdə olan Messi özünə yeni klub axtarır.

İddiaya görə, Amerika kupasında finalda məğlub olması və daha sonra vergidən yayındığına görə 21 ay həbs qərarının verilməsi Messini depressiyaya salıb. Həbs qərarı 2 ili keçmədiyi üçün 2 milyon euro ödəməli olan Messi, milli komandada bir daha forma geyinməyəcəyini açıqlayıb.

İspaniya mətbuatının yaydığı digər məlumata görə isə, Messinin meneceri olan onun atası artıq "Chelsea" klubunun rəhbərliyi ilə qeyri-rəsmi görüş keçirib.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.