haberL haberR

"Məsumə" dini dükanına girən oğru saxlanıldı (Video)

Kateqoriya: Kriminal Yayımlama tarixi: 05.03.2015 15:55:03

Bakının Nəsimi rayonunda yerləşən mağazadan ikinci dəfə oğurluq edən Şəhruz Xəlilov adlı şəxs saxlanılıb

O, bir gündə bir neçə mağazada öz çirkin əməllərini həyata keçirdiyini polisə etiraf edib.

Gecə saat 3 radələrində Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, 13 ünvanında yerləşən "Məsumə" dini mağazasından oğurluq olunması ilə bağlı rayon mühafizə idarəsinə məlumat daxil olub. 

Mühafizə polisinin əməkdaşları tez bir vaxtda mağazada olublar. Oğurluğa cəhd göstərmək istəyən şəxs iş başında yaxalanıb.

Mağazada satıcı işləyən Rüfət Cabbarovun sözlərinə görə, saxlanılan Şəhruz Xəlilov cinayəti peşəkarlıqla yerinə yetirmək istəyib. Lakin mühafizə polisinin quraşdırdığı siqnal aparatı onun cinayətinin baş tutmasına imkan verməyib.

Satıcı bundan əvvəl də mağazadan oğurluqlar edildiyini bildirib. Yeri gəlmişkən 22-ci polis bölməsində dindirilən saxlanılan Şəhruz Xəlilov eyni mağazada baş verən oğurluq cinayətlərinin onun törətdiyini gizlətməyib.

Saxlanılan şəxslə söhbət zamanı o da məlum olub ki, Şəhruz Fikrət Əmirov küçəsindəki mağazadan oğurluq etməzdən 1 saat əvvəl başqa bir mağazadan gizli yolla  pul və bank kartları aparıb.

Faktla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxsin oxşar cinayətlərdə iştirakı istisna edilmədiyindən bu istiqamətdə araşdırmalar davam edir.

 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.