haberL haberR

“Metropoliten” ödənişsiz kurslar təşkil edir

Kateqoriya: Sosial Yayımlama tarixi: 15.03.2016 15:45:55

“Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsinə aid ödənişsiz kurslar başlayıb.

Fevralın 25-də «Bakı Metropoliteni» QSC tərəfindən «Qatarın qəbulu və yola salınması üzrə növbətçi» peşəsi vəzifəsi üçün elan edilmiş müsabiqə başa çatıb.

İslamazeri.az bildirir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, martın 14-dən etibarən Təlim-Tədris Mərkəzində 1 aylıq ödənişsiz kurslara start verilib. Həftənin hər iş günü 4 qrupdan ibarət 2 saat müddətində keçiriləcək peşə dərsləri, metropolitenin mütəxəssisləri tərəfindən tədris olunacaq . Kursu bitirən namizədlərdən sınaq imtahanlarını uğurla keçənlər Hərəkət xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcəklər.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 2200 müraciət daxil olub. Metropolitenin peşəkar mütəxəssislərindən ibarət kadr komissiyası ilkin seçmələrdən sonra 500 nəfəri müsabiqəyə dəvət edib. Qeyd olunan tələblərə cavab verən 500 namizədən 82 nəfər kadr komissiya tərəfindən kurslara cəlb olunub.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.