haberL haberR

“Məzarlıqlar haqqında” normativ-hüquqi akt qəbul ediləcək

Kateqoriya: Ölkə Yayımlama tarixi: 07.06.2016 12:35:00

Bu məsələ ilə əlaqədar Nazirlər Kabinetində işçi qrupun bir neçə toplantısı keçirilib

“”Məzarlıqlar haqqında” xüsusi qərar layihəsinin bu yaxınlarda Nazirlər Kabineti tərəfindən normativ-hüquqi akt kimi qəbul edilməsi gözlənilir”.

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, bu məsələ ilə əlaqədar Nazirlər Kabinetində işçi qrupun bir neçə toplantısı keçirilib: “Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə işçi qrupun bununla bağlı keçirdiyi toplantılar və müzakirələr nəticəsində qərar layihəsi üzərində iş yekunlaşıb”.

M. Qurbanlı qeyd edib ki, normativ-hüquqi akt qəbul edildikdən sonra Azərbaycanda yeni salınan məzarlıqların idarə olunması ilə bağlı yeni qaydalar tətbiq ediləcək: “Şəhid məzarları ilə bağlı məsələ isə qeyd edilən qərar layihəsində deyil, başqa qanunda öz əksini tapıb. Hazırda şəhidlərin statusunu özündə ehtiva edən qanunlarda şəhid məzarlarının fərqləndirilməsi konkret əks olunub”.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.