haberL haberR

“Microsoft”dan Azərbaycan üçün xüsusi yenilənmə

Kateqoriya: Texnologiya Yayımlama tarixi: 12.05.2016 10:29:07

Azərbaycanda yay vaxtına keçidin ləğv edilməsi ilə bağlı “Microsoft” “Windows” əməliyyat sistemini yeniləyib.

İctnews.az xəbər verir ki, Azərbaycan Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 saylı qərarına əsasən, cari ilin 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid ləğv olunub.

Yay vaxtına keçid ləğv olunması ilə əlaqədar kompüter sistemlərində vaxtla bağlı uyğunsuzluqlar əmələ gəlib.

Bu məsələnin mərkəzləşdirilmiş qaydada “Windows” yeniləmələri vasitəsi ilə həll edilməsi üçün “Microsoft” şirkəti tərəfindən vəd edilmiş müvafiq yeniləmə təqdim edilib.

Bu linkə (klikləyin) keçid etməklə həmin yeniləməni necə quraşdırmaq lazım olması haqda məlumatlarla tanış ola bilərsiz. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.