haberL haberR

Mikayıl Cabbarov rüşvətxor direktoru işdən qovdu

Kateqoriya: Elm-təhsil Yayımlama tarixi: 10.12.2014 16:28:28

Təhsil Nazirliyi rüşvətxor məktəb direktorunu vəzifəsindən azad edib.
 Fikrət Məhərrəmov adlı şəxs Oxu.Az-a məktub göndərib. 
 Məktubda bildirilib ki, Hacıqabul rayonunun Talış kəndinin məktəb direktoru müəllimlərdən və şagirdlərdən rüşvət tələb edir.
 
F.Məhərrəmov məktəb direktorunun qanuna zidd hərəkətləri ilə bağlı görüntüləri də redaksiyamıza təqdim edib.
 
Məsələ ilə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxlanılıb. Nazirlikdən bildirdilər ki, bir neçə gün ərzində məsələ ilə bağlı araşdırma aparılıb. Araşdırmanın nəticəsi olaraq, nazirlikdən verilən məlumata görə, Hacıqabul rayon Talış kənd tam orta məktəbinin direktoru tutduğu vəzifədən azad olunub.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.