haberL haberR

Milli komandanın qapıçısı güllələndi

Kateqoriya: Dünya Yayımlama tarixi: 27.10.2014 14:51:14

CAR millisinin qapıçısı Senso Meyivanın ölüm xəbəri bütün ölkəni sarsıdıb
 
 
İslamazeri.az musavat.com-a istinadən xəbər verir ki, Meyiva bazar günü axşam Yohannesburqdan 20 km aralıda yerləşən Veslurus qəsəbəsində güllələnib.
 
Zərərçəkən xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər. Genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinə start verən polis hətta cinayətkarların izini tapmaqda kömək edənə təxminən 13,5 min dollar mükafat ayırıb. Polis idarəsinin ilkin qənaətinə görə, hadisə mübahisə zəminində baş verib.
 
İzahatda deyilir: "Biz hadisə ilə bağlı cinayətkarları tapmaq üçün ən kiçik bir məlumat verən şəxsə mükafat verəcəyik. İnsidentin baş verdiyi evdə 7 nəfər olub. Şübhəli bilinən iki nəfər evə daxil olub, bir nəfər küçədə keşik çəkib. Sonra 3 nəfər hadisə yerini tərk edib".
 
Meyivanın şərəfini qoruduğu "Orlando Payrets" klubunun rəhbərliyi, həmçinin oyundaşları futbolçunun faciəli şəkildə ölümündən təsirləndiyini bildirib və ailəsinə başsağlığı verib.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.