haberL haberR

Milli Məclisdə ​YAP-ın deputatlarının sayı 72-yə çatıb

Kateqoriya: Ölkə Yayımlama tarixi: 20.06.2016 11:14:09

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlarının sayı 72-yə çatıb.

"Report"un xəbərinə görə, partiyanın 72-ci deputatı 90 saylı Ağdaş seçki dairəsindən seçilib.
YAP-ın namizədlərinin 71-i 2015-ci V Çağırış Milli Məclisə seçkilərdə qalib gəlib. Hakim partiya nəticələri ləğv edilən 90 saylı Ağdaş seçki dairəsindən də namizəd irəli sürüb. İyunun 18-də keçirilən təkrar seçkilərdə YAP-ı partiyanın rayon təşkilatının sədri Cavid Osmanov təmsil edib. İlkin məlumatlara əsasən, təkrar seçkilərdə həmin dairədən 40 203 seçicidən 19 674 (85,56%) nəfəri C.Osmanova səs verib. Beləliklə, YAP-ın deputatlarının sayı 72-yə çatıb.

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.