haberL haberR

Milli məclisin sabiq deputatı, “Globus Plaza”nın sahibi həbs olundu - Foto

Kateqoriya: Kriminal Yayımlama tarixi: 23.02.2016 11:26:06

Ona Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib

Sabiq millət vəkili Dünyamin Xəlilov həbs edilib.

 İslamazeri.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, D. Xəlilov Daxili İşlər NazirliyiBaş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə bir müddət əvvəl barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Bakı İstintaq Təcridxanasına köçürülüb.

 Bakı İstintaq Təcridxanasından APA-ya bildirilib ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş D. Xəlilov fevralın 20-də təcridxanaya gətirilib.

 Qeyd edək ki, sabiq deputat D. Xəlilovun Beynəlxalq Bankla bağlı cinayət işində adı keçir. “Globus Plaza”nın sahibi olan D. Xəlilov dələduzluqda təqsirləndirilir.

Onu da qeyd edək ki, ara-sıra KİV-də sabiq deputatın adı Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyevlə  hallanırdı.

Milli məclisin sabiq deputatı, “Globus Plaza”nın sahibi həbs olundu - Foto

/haberimaj/habergaleri/2G9R1B2D1O8S.JPG
  1. Milli məclisin sabiq deputatı, “Globus Plaza”nın sahibi həbs olundu - Foto

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.