haberL haberR

Mina dağında faciə - ən azı 753 ölü, 887 yaralı (Foto-Video) (Yenilənir)

Kateqoriya: Dünya Yayımlama tarixi: 24.09.2015 14:06:32 19567 dəfə oxunub.

Həcc ziyarətində növbəti faciə baş verib

İslamazeri.az Səudiyyə mediasına istinadən xəbər verir ki, Mina dağında "şeytan daşlama" mərasimi zamanı yaranan sıxlıqda 220 zəvvar dünyasını dəyişib, 450 nəfər yaralanıb.

Səudiyyə Ərəbistanının dövlət televiziyasının yaydığı məlumata görə, hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Ölənlərin sayının artacağı istisna edilmir.
Analoji hadisə 1990-ci ildə də yaşanmışdı. Həmin vaxt Mina dağında "şeytan daşlama" mərasiminə gedən Həcc ziyarərçiləri tuneldə sıxlığa məruz qalmışdı. Nəticədə 1426 nəfər həlak olmuşdu.
Xatırladaq ki, bu ilki Həcc ziyarəti zamanı ilk faciə sentyabrın 11-də baş vermişdi. Həmin vaxt tikinti kranının aşması nəticəsində  ən azı 109 nəfər ölmüşdü, 230-dan çox insan isə xəsarət almışdı.

15:10

Ölənlərin sayının 310, yaralananların sayının 500-ə yüksəldiyi açıqlanıb.

16:30

Ölənlərin sayının 453, yaralananların sayının 719-ə yüksəldiyi açıqlanıb.

 

17:48

Ölənlərin sayının 717, yaralananların isə 805-ə yüksəldiyi bildirilib. 

 

19:10

Yaralananların sayı 863-ə yüksəlib. 

 

Fikrət / İslamazeri

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.