haberL haberR

Minada şəhid olanlar şəhidlər xiyabanında dəfn olunacaq

Kateqoriya: İslam Yayımlama tarixi: 28.09.2015 16:31:43

Ayətullah Xamenei Həcc mərasimi zamanı şəhid olmuş iranlı zəvvarların şəhidlər xiyabanında dəfn olunmasına icaze verib

İslamazeri.az-ın “Mehr”-ə istinadən verdiyi xəbərə görə, İranın Ali Dini Lideri Ayətullah Xamenei Minada şəhid olanların müxtəlif şəhidlər xiyabanında dəfn edilməsinə razılıq verib.

 

Ayətullah Xameneinin şəhid və şəhid ailələri üzrə nümayəndəsi höccətül-islam Şəhidi bu barədə ölkə rəhbərinə müraciət ünvanlayıb. Müraciətdə Minada həyatını itirmiş şəxslərin “şəhidlər gülzarı”nda (Golzare şahidan) dəfn edilməsi üçün icazə istənilib. Ayətullah Xamenei bu istəyi müsbət qarşılayaraq onu təqdirəlayiq hal kim dəyərləndirib.

 

Qeyd edək ki, İranın “şəhidlər gülzarı” İran-İraq müharibəsi zamanı şəhid olmuş şəxslərin dəfn edildiyi qəbiristanlıqdır. 

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.