haberL haberR

Minarələri yellənən bu məscidin sirri hələdə açılmayıb - Video

Kateqoriya: İslam Yayımlama tarixi: 27.04.2016 13:54:05

Bu məscidin minarələri qeyri-adiliyi ilə turistlərin diqqətini cəlb etməkdədir

İslamazeri.az  xəbər verir ki, İranın İsfahan şəhəri paytaxt Tehrandan 340 kilometr cənubda, Zaqros dağ silsiləsinin şərq yamacında yerləşir. Bu qədimi şəhərdə XI-XIX əsrlərə məxsus İslam memarlıq abidələri qorunub saxlanmışdır.

Şəhərin ən maraqlı diqqətə layiq yerlərindən biri iki yellənən minarəsi olan sərdabədir.

XIV əsrdə tikilmiş əl-Abdulla mavzoleyinin bu hissəsi, təkcə İsfahanın yox, ümumilikdə bütün İranın əsl möcüzəsidir. Əgər bir insan 6 metrəlik kərpic qülləyə əlləri ilə söykənsə və onu itələsə, minarə yellənməyə başlayacaq, və anidən ikinci minarə də öz-özünə hərəkətə gələcəkdir.

Hazırda "Minar Comban" dünyanın bütün yerlərin axışıb gələn turistlərin ziyarət yeridir. Bu tikili, xüsusi tutulmuş şəxsləri tərəfindən müntəzəm olaraq silkələdilir.

Bu iş üçün tutulmuş xidmətçinin əsas vəzifəsi, tikilini hər yarım saatdan bir (iş növbəsi ərzində ümumən 9 dəfə silkələyir) silkələməkdir. Bu asan olmayan iş,  xidmətçidən nəzərə çarpan fiziki güc tələb edir. Bu işin ən əsas məqamı lazım olan ritmi tutmaqdır.  Minarənin tərpənmə amplitudasi 12-20 santimetr təşkil edir.

Xidmətçinin sağ minarəni tərpətməyə başlaması ilə, sol minarənin sağ minarənin ardı ilə öz-özünə hərəkətə gəlməsi tamaşa edənlərdə heyrət doğurur. Baş verənlərə tamaşaçılarda şübhə qalması deyə minarələrdən zınqırovlar asılıb, hansılar ki, minarələrin yellənməsi ilə birgə ahəgdar şəkildə zəng çalırlar.

"Minar Combar" ın elastikliyini başa salmaq üçün çoxlu açıqlamalar var. Bir versiyaya əsasən, kərpiclərin tərkibi digər kərpiclərdən fərqli şəkildə hazırlanıb və sərdabə tikilib başa çatdıqdan sonra, kərpiclər elatik olmağa başlayıblar. Digər versiyaya əsasən isə, qədim mühəndislər tikilini dağıdıcı zəlzələlərdən qorumaq məqsədi ilə, kərpiclərin arasına taxtan kiçik tirlər yerləşdiriblər və bu kiçik tirlərin sayəsində divarlar elastik olublar.

Məlumata görə, minarə memar və usta Əmu Əbda Karladani tərəfindən inşa edilib. Digər məlumatlara görə isə, qoşa minarə XVII əsrdə yaşamış ensiklopedik alim, dini və dünyəvi mövzuda yüzlərlə kitabın, elmi ixtiranın müəllifi, böyük irfan ustadı Şeyx Bəhai ləqəbi ilə tanınmış Bəhaəddin Muhəmməd ibn Huseyn Amulinin (1547-1621) layihəsi əsasında inşa olunub.

Qeyd edək ki, bu cür minarəli məscidlər sayları azda olsa digər müsəlman ölkələrində də vardır. Onu da qeyd edək ki, bu cür minarəli məscidlərin tikilmə vaxtları eyni dövrə təsadüf edir.

Videonu izləmək üçün aşağıdakı keçiddən istifadə edin

VİDEO

Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.