haberL haberR

Mingəçevir şəhərində qidadan zəhərlənmə olub

Kateqoriya: Hadisə Yayımlama tarixi: 06.08.2015 13:02:14

toyda müxtəlif qidalar qəbul edən 10 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib

Mingəçevir şəhərində toyda 10 nəfər qidadan zəhərlənib. Hadisə şəhər ərazisində yerləşən "Altun" restoranında keçirilən toy mərasimində baş verib.

Belə ki, toyda müxtəlif qidalar qəbul edən 10 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstələrin vəziyyəti normaldır.
Zəhərlənən şəxslərin 6 nəfəri qadın, 4 nəfəri isə kişidir.
Hazırda həmin şəxslərin hansı qidadan zəhərlənməsi ilə bağlı araşdırma aparılır.(milli.az)

 

 
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.