haberL haberR

Mingəçevirdə AXCP fəalı həbs edildi

Kateqoriya: Kriminal Yayımlama tarixi: 14.02.2015 10:05:15

Mingəçevir şəhərində yaşayan AXCP üzvü Qadir Xudabaxşıyev tutulub

İslamazeri.az xəbər verir ki,  Mingəçevir şəhər Polis Şöbəsi bu həbslə bağlı məlumat yayıb.

Məluatda bildirilir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevirin Yeni Həyat qəsəbəsindəki 103 saylı evdə yaşayan Xudabaxşıyev Qadir Nadir oğlu Mingəçevir şəhərinin M.P.Vaqif küçəsindəki 17 saylı ünvanda yerləşən kafedə şübhəli şəxs qismində saxlanılıb. Polisin açıqlamasına görə, onun üzərinə baxış keçirilərkən “TT” markalı tapança və güllə sandıqçası götürülüb.

AXCP-dən bu həbsin də ölkədəki siyasi repressiyanın tərkib hissəsi olduğu deyilib. Bildirilib ki, Qadir Xudabaxşıyev Mingəçevirdə AXCP fəallarından biridir. Çox vaxt partiya funksionerləri narkotika ilə şərlənir, Qadir Xudabaxşıyev isə görünür, müharibə veteranı olduğu üçün silah "yaraşdırıblar". O, xeyli müddət idi ki, siyasi fəallığına görə hədəfdəydi. Dəfələrlə şəhər polisinə aparılaraq xəbərdarlıq edilib. Partiya əmindir ki, ondan silahı başqalarından narkotik çıxardıqları kimi çıxarıblar, yəni şərləyiblər. 

 AXCP-dən onu da xatırladıblar ki, partiyaya qarşı son bir neçə ayda təzyiqlər artan xətt üzrə gedir. Yalnız son 3 ayda 5 nəfər partiya fəalına qarşı qondarma cinayət işləri başlanıb, daha 5 nəfər partiya fəalı isə şərlənərək 30 sutka inzibati həbs cəzadı alıb.
Yayımlanan xəbərlərin bütün haqları “İslamazeri” İnternet Qəzetinə aiddir. İstinad edilmədən məlumatların, video və fotoların götürülməsi qadağandır.
© Copyright 2006 İslamazeri.az - "İslamazeri" internet qəzeti. Bütün hüquqları qorunur.
İcazəsiz və mənbə göstərilmədən yayımlana bilməz.